Azərbaycan Ordusunun mövqeləri 16 dəfə atəşə tutulub

ÖLKƏ

07 Aprel 2024 10:10

Oxunma sayi: 145
Azərbaycan Ordusunun mövqeləri 16 dəfə atəşə tutulub

Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Azmedia.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

"Aprelin 6-sı saat 18:30-dan 22:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək, Basarkeçər və Gorus rayonlarının Cil, Günəşli və Xoznavar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Gədəbəy, Kəlbəcər və Laçın rayonlarının Əyrivəng, Cəmilli və Hacılar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini ümumilikdə 16 dəfə olmaqla, müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub", – məlumatda diqqətə çatdırılıb.

Bildirilib ki, qeyd olunan bütün istiqamətlərdə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!