Azərbaycan ordusunun raketləri döyüş vəziyyətinə gətirildi FOTO

ÖLKƏ

07 Oktyabr 2019 14:50

Oxunma sayi: 333
Azərbaycan ordusunun raketləri döyüş vəziyyətinə gətirildi   FOTO

Müdafiə naziri Zakir Həsənovun təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya Qoşunlarının cəbhəboyu zonada yerləşən bölmələri iriçaplı yaylım atəşli reaktiv sistemlərdən (YARS) praktiki atışlar icra ediblər.

 

Bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilib.

 

Eyni zamanda, səhra şəraitində müvafiq bölmələrin zabitləri ilə “Taktiki təlimlərin hazırlanması və keçirilməsi qaydaları” mövzusunda toplanış təşkil olunub.

 

Raket bölmələri şərti düşmənin müdafiəsinin dərinliyində yerləşən hədəflərə zərbələr endirməklə qarşıya qoyulan məqsədlərə nail olublar.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!