Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüş vaxtı məlum oldu

SİYASƏT

20 Sentyabr 2019 11:14

Oxunma sayi: 308
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüş vaxtı məlum oldu

Sentyabrın 22-də Nyu York şəhərində Azərbaycan Respublikasının Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcək.

Azmedia.Az xəbər verir ki, bu barədə Trend Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Sentyabrın 23-də isə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüşün keçirilməsi nəzərdə tutulur.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!