Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır - SƏBƏB

İQTİSADİYYAT

01 May 2024 15:17

Oxunma sayi: 446
Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır  - SƏBƏB

COP29-da qeydiyyatdan keçmiş iştirakçıların Azərbaycana girişi asanlaşdırılacaq.

Azmeda.Az  xəbər verir ki, bunun üçün xüsusi COP29 viza müraciət prosesi tətbiq olunacaq.

Bu barədə yaxın zamanlarda məlumatın elan edilməsi gözlənilir.

Qeyd edək ki, bu ilin noyabrında Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək.

Konfrans Bakı Olimpiya Stadionunda baş tutacaq.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!