Azərbaycanda ağır qəza: 2 ölü, 3 yaralı...

ÖLKƏ

23 Mart 2024 22:50

Oxunma sayi: 507
Azərbaycanda ağır qəza: 2 ölü, 3 yaralı...

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alanların kimliyi məlum olub.

Azmedia.Az xəbər verir ki, "Report"un Qərb bürosunun məlumatına görə, Yeni Həyat kəndində 3 avtomobilin toqquşması nəticəsində Əhmədov Rəsul Şaban oğlu hadisə yerində, 1989-cu il təvəllüdlü Əhmədov Elçin Elxan oğlu isə xəstəxanada ölüb.

Qəza zamanı Şəmkir rayon sakinləri - 1998-ci il təvəllüdlü İmanov Seymur Nəcəf oğlu, 1996-cı il təvəllüdlü Həsənov İlham Yılmaz oğlu və 1966-cı il təvəllüdlü Əhmədova Əminə Qəfər qızı müxtəlif xəsarətlər alıblar.

Faktla bağlı araşdırma aparılır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!