Azərbaycanda baş məşqçi istefa verdi – Üçüncü məğlubiyyətə görə - FOTO

İDMAN

27 Mart 2024 09:47

Oxunma sayi: 390
Azərbaycanda baş məşqçi istefa verdi –  Üçüncü məğlubiyyətə görə - FOTO

«Şahdağ»ın baş məşqçi postunda dəyişiklik olub.

Bəhram Şahquliyev vəzifəsindən istefa verib.

Buna səbəb Qusar təmsilçisinin II Liqanın 18-ci turunda aldığı məğlubiyyətdir.

Belə ki, «Azərenerji»ASC-nin sabiq prezidenti Etibar Pirverdiyevin maliyyələşdirdiyi komanda İmişlidə «Kür-Araz»a 1:3 hesabıyla uduzub.

Beləliklə, mövsüm ərzində 3-cü yenilgisini alan «Şahdağ» liderlər qrupunu tərk eləyib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!