Azərbaycanda daha 7 nəfər COVID 19

SAĞLAMLIQ

22 İyun 2023 22:13

Oxunma sayi: 572
Azərbaycanda daha 7 nəfər COVID   19

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 7 yeni yoluxma faktı qeydə alınıb, 1 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 918 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 603 nəfər müalicə olunaraq sağalıb, 10 282 nəfər vəfat edib, aktiv xəstə sayı 33 nəfərdir.

Ölkədə son sutka ərzində 649, hazırkı dövrədək isə 7 640 012 test aparılıb.

 

  Bizimlə əlaqə saxlayın
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!