Azərbaycanda dövlət bu klublara daha çox PUL VERƏCƏK

İDMAN

26 Mart 2024 20:45

Oxunma sayi: 1027
Azərbaycanda dövlət bu klublara daha çox  PUL VERƏCƏK

I Liqada çıxış edən klublara xoş xəbərimiz var.

Qarşıdakı «futbol ili»ni aşağı liqada keçirəcək iştirakçılara dövlət tərəfindən ödəniləcək yardım paketinin ümumi həcmi artırılacaq.

Söhbət təqribən 1,5-2 dəfə artımdan gedir.

Hazırda I Liqada mübarizə aparan komandaların hər birinə illik 300 min manat verilir. Bu vəsait aybaay onların bank hesabına köçürülür.

Ayrılan məbləğ əsasən maaşların ödənilməsinə sərf olunur. Ancaq aylıq 30 min manat kifayət etmir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!