Azərbaycanda dövlət qurumlarına qarşı 314 kiberhücum indikatoru müəyyən edilib

İKT

18 Aprel 2023 01:12

Oxunma sayi: 482
Azərbaycanda dövlət qurumlarına qarşı 314 kiberhücum indikatoru müəyyən edilib

Bu ilin yanvar-mart ayları ərzində qeydə alınmış və dövlət qurumlarından daxil olmuş məlumatlar əsasında kiberhücumların analizi ilə 314 kiberhücum indikatoru (IOC) müəyyən edilib.

Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən məlumat yayıb.

Bildirilir ki, IOC-ların bloklanması hesabına dövlət qurumlarına qarşı hazırlanmış xüsusi hədəflənmiş APT kiberhücumların qarşısı alınıb.

Bu kibertəhdidlərin 139-u daxili araşdırma, 175-i isə dövlət qurumları tərəfindən daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!