Azərbaycanda iki kredit təşkilatının lisenziyası ləğv edildi

İQTİSADİYYAT

02 İyun 2023 15:03

Oxunma sayi: 804
Azərbaycanda iki kredit təşkilatının  lisenziyası ləğv edildi

Fəaliyyətində yol verilmiş pozuntuların aradan qaldırılması barədə nəzarət orqanının göstərişlərinə əməl edilməməsi ilə əlaqədar bank olmayan kredit təşkilatları - “Gold Finance” MMC və “Viza Kredit” MMC-nin lisenziyaları Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 31 may 2023-cü il tarixli Qərarı ilə ləğv edilib.

Bu barədə AMB-nin saytında təqdim edilən məlumatda qeyd edilib.

Bildirilib ki, adıçəkilən təşkilatlar tərəfindən müştərilərə verilmiş kreditlər tam həcmdə “ümidsiz aktiv” təsnifat kateqoriyasında olub və kapital tələbləri pozulub. Bundan əlavə, sözügedən təşkilatlar tərəfindən son bir neçə il ərzində kreditləşmə fəaliyyəti ümumiyyətlə həyata keçirilməyib. Bununla əlaqədar, kapitalın bərpası və aktivlərin keyfiyyətinin yaxşılaşdırılması üçün Mərkəzi Bank tərəfindən onlara möhlət və aidiyyəti göstərişlər verilsə də, həmin təşkilatlar tərəfindən zəruri tədbirlər görülməyib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!