Azərbaycanda keçiriləcək tədbirlərdə radiotezliklərdən istifadə məhdudlaşdırıla bilər

İKT

10 Noyabr 2022 13:58

Oxunma sayi: 567
Azərbaycanda keçiriləcək tədbirlərdə radiotezliklərdən istifadə məhdudlaşdırıla bilər

Azərbaycanda beynəlxalq və ölkə səviyyəli tədbirlərin, o cümlədən idman yarışlarının keçirildiyi müddətdə radiotezlik dövlət təhlükəsizliyi məqsədləri üçün müstəsna hallarda məhdudlaşdırıla bilər.

Azmedia.az  xəbər verir ki, bu “Telekommunikasiya haqqında” qanuna əlavə və dəyişikliklərdə nəzərdə tutulub.

Lahiyəyə əsasən, məhdudlaşma radiotezlik istifadəçilərinin zolaqlarından istifadə hüququ müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təklifi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında baş tutacaq.

Bu zaman müvafiq tədbirin, o cümlədən idman yarışının təşkilatçısının vəsaiti hesabına radiotezlik istifadəçilərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada kompensasiya ödənilir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!