Azərbaycanda “matryoşka” yumurta: içindən başqası çıxıb FOTO

MARAQLI

12 Sentyabr 2019 15:56

Oxunma sayi: 314
Azərbaycanda “matryoşka” yumurta: içindən başqası çıxıb   FOTO
Qaxda təsərrüfatların birində qeyri-adi hadisə baş verib. Azmedia.az-ın oxu.az-a istinadən verdiyi məlumata görə bölgə müxbirinin məlumatına görə, rayonun Cəlayir kəndində Qarayevlər ailəsinin həyətində toyuq ölçüsünə və çəkisinə görə fərqli yumurta yumurtlayıb. Yumurta normadan dörd dəfə böyükdür. Toyuğun sahibi Diləfruz Qarayeva bildirib ki, 30 ildir toyuq saxlayır, belə halla isə ilk dəfədir rastlaşır: “Bu yumurta məni və ailə üzlərimizi çox təəccübləndirib.Yumurta görünüşünə görə oval formasındadır. Ancaq digərlərindən çox böyükdür. Yumurtanı sındırdıqdan sonra içərisindən daha bir yumurta çıxdı”, - D.Qarayeva bildirib. Oxu.Az-ın bölgə müxbirinin sorğusuna cavab verən Qax rayon Baytarlıq İdarəsinin rəisi Şövkət Babayev bildirib ki, bu hadisə patoloji hal hesab edilir və çox nadir hallarda baş verə bilər. Səbəbi isə toyuğun yumurtlama dövrünün gecikməsi ilə bağlıdır.
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!