Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR

ÖLKƏ

05 May 2024 14:29

Oxunma sayi: 387
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı  ŞAD XƏBƏR

Azərbaycanda qadınların pensiyaya daha tez çıxması məsələsi geniş müzakirə olunan məsələlərdəndir. Bu mövzu zaman-zaman ictimailəşib və müxalif ekspertlər öz fikirlərini bildiriblər. 
 

Azmedia.AzYeni Sabah”a istinadən xəbər verir ki, deputat Vüqar Bayramov da məsələ ilə bağlı açıqlama verib.  O qeyd edib ki, Milli Məclisə etdiyi təkliflərdən biri də qadınlarla kişilərin pensiya yaşında diferensial yanaşmanın tətbiq edilməsi ilə bağlıdır: "Biz qadınların daha tez pensiyaya çıxmasını təklif edirik. Əvvəlki illərdə də təklifimiz bu olub ki, qadınların pensiya yaşı 63 yaşda saxlanılsın. Bununla qadınlar kişilərdən daha tez pensiyaya çıxmaq hüququ əldə etsin.  

Nəzərə almaq lazımdır ki, bu praktika bir çox ölkələrdə, o cümlədən Avropa ölkələrində tətbiq olunur. Oxşar təcrübənin ölkəmizdə də tətbiqi məqsədəuyğun olardı. Qadınların pensiya yaşında, nisbətən yaşlı dövlərdə daha çox sosial təminata ehtiyacı var. Buna görə, diferensial yanaşmanın tətbiq edilməsi və kişilərlə müqayisədə qadınların daha tez pensiyaya çıxmasını məqsədəuyğun hesab edirik".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!