Azərbaycanda qazi həmyaşıdını bıçaqladı

ÖLKƏ

02 May 2024 13:51

Oxunma sayi: 416
Azərbaycanda qazi həmyaşıdını bıçaqladı

Masazırda bıçaqlanma hadisəsi baş verib.

Məlumata əsasən, qəsəbə sakini, 1991-ci il təvəllüdlü Orxan İmanov həmyaşıdı Qobu qəsəbə sakini Orxan Hüseynli tərəfindən bıçaqlanıb. Zərərçəkən dərhal xəstəxanaya yerləşdirilib. Orxan Hüseynli saxlanılıb, hazırda araşdırma aparılır.

Qeyd edək ki, hadisəni törədən şəxs İkinci Qarabağ müharibəsi qazisidir. O, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.  

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!