Azərbaycanda sevgilisi tərəfindən yandırılan qadın ölüb

ÖLKƏ

30 Aprel 2024 12:44

Oxunma sayi: 525
Azərbaycanda sevgilisi tərəfindən yandırılan qadın ölüb

Ağır yanıq xəsarətləri alan qadın ölüb.

Azmedia.Az xəbər verir ki, aprelin 18-də qeyri-rəsmi münasibətdə olduğu 2002-ci il təvəllüdlü Röyal Tağıyev tərəfindən üzərinə benzin tökülərək yandırılan 1990-cı il təvəllüdlü, Şəmkir rayon sakini Türkanə Məmmədova müalicə aldığı xəstəxanada həyatını itirib.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, Röyal Tağıyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!