Azərbaycanda ŞOK OLAY - Təcridxanaya görün nə salmaq İSTƏDİLƏR - FOTO

ÖLKƏ

19 Mart 2024 20:00

Oxunma sayi: 193
Azərbaycanda ŞOK OLAY - Təcridxanaya görün nə salmaq  İSTƏDİLƏR - FOTO

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.

Penitensiar xidmətdən Azmedia.Az-a verilən xəbərə görə, məhkum İlqar Cəmşid oğlu Məmmədova tanışı Yelena Aleksandrovna Əhmədova tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman oradakı 4 ədəd qəndin içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə 0,701 qram metadon və 0,319 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!