Azərbaycanda suyu israf edənlər cəzalandırılacaq? - VİDEO

ÖLKƏ

29 Fevral 2024 13:31

Oxunma sayi: 349
Azərbaycanda suyu israf edənlər cəzalandırılacaq? -  VİDEO

“Azərbaycanda su təsərrüfatı ilə bağlı ayrıca qanun qəbul olunmalıdır“.

Azmedia.Az xəbər verir ki, bunu Milli Məclisdə “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda keçirilən dinləmələrdə deputat Fəzail Ağamalı bildirib.

“Təəssüf ki, insanlarımızın suya münasibəti xoşagələn deyil. Çox insafsız davranırlar, bəzən su krantlarını açıq qoyurlar. Buna görə, bu sahədə maarifləndirmə işləri gücləndirilməlidir. Maarifləndirmə işlərinə məhəl qoymayanlar isə qanunvericiliyə uyğun olaraq cəzalandırılmalıdırlar. Cinayət və İnzibati Xətalar Məcəllələrinə xüsusi maddələr əlavə edilməlidir”, - deyə o qeyd edib.

Ətraflı Baku TV-nin süjetində:

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!