Azərbaycanda təhsil alan türkiyəli tələbənin başına beton düşdü - FOTOlar

ÖLKƏ

13 Aprel 2024 13:15

Oxunma sayi: 192
Azərbaycanda təhsil alan türkiyəli tələbənin başına beton düşdü -  FOTOlar

Türkiyədə küçədə kişinin başına beton parçası düşüb.

Azmedia.Az lent.az-a istinadən xəbər verir ki, hadisə Hakkari şəhərində baş verib. 5-ci mərtəbədən beton parçası qoparaq yoxuşla qalxan 31 yaşlı Məhəmməd Kahramanın başına düşüb. Nəticədə o, ağır xəsarətlər alaraq, ətrafdakıların köməyi ilə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı əraziyə polis əməkdaşları cəlb olunub.

Qeyd edək ki, M. Kahraman Azərbaycanda əczaçılıq fakültəsini yenicə bitirib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!