Azərbaycanın yen baş naziri təyin olundu SON DƏQİQƏ

ÖLKƏ

08 Oktyabr 2019 12:36

Oxunma sayi: 562
Azərbaycanın yen baş naziri təyin olundu   SON DƏQİQƏ

Azərbaycan Milli Məclisi bu gün keçirilən plenar iclasda Əli Əsədovun Baş Nazir vəzifəsinə təyin edilməsinə razılıq verib.

 

“Report” xəbər verir ki, iclasda “Əsədov Əli Hidayət oğlunun Azərbaycan Respublikasının Baş Naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələ müzakirə edilib.

 

Çıxışçılar Ə.Əsədovun indiyədək olan fəaliyyətini müsbət qiymətləndiriblər, dövlətçilik ənənələrinə sadiq şəxs olduğunu qeyd ediblər.

 

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

 

Daha sonra Əli Əsədov çıxış edərək göstərilən etimada görə təşəkkür edib və etimadı doğruldacağını bildirib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!