Azərbaycanlı aktyorun evi uçdu - FOTOlar

ÖLKƏ

05 Aprel 2024 12:00

Oxunma sayi: 144
Azərbaycanlı aktyorun evi uçdu -  FOTOlar

Aktyor, şoumen Eldar Bağırbəyovun evi uçub. 

Azmedia.Az axşam.az-a istinadən bildirir ki, bu haqda aktyor özü məlumat yayıb. O bildirib ki, Yasamal rayonu ərazisində yerləşən ev yararsız hala düşüb. Hamamda tavan çökərək, digər evlərə də ziyan vurub. 

Evinin ayaqyolusunun belə yararsız halda olduğunu vurğulayan E.Bağırbəyov müvafiq qurumlardan yardım istəyib. 

Qeyd edək ki, E.Bağırbəyov Dövlət Akademik Rus Dram Teatrının aktyoru olub. O, eyni zamanda Birinci Qarabağ Müharibəsi qazisidir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!