AzTV də yeni təyinatlar

ÖLKƏ

08 Oktyabr 2019 20:11

Oxunma sayi: 654
AzTV   də yeni təyinatlar

"Azərbaycan Televiziya və Radio Verilişləri" (AzTV) Qapalı Səhmdar Cəmiyyətində (QSC) kadr dəyişiklikləri olub.

 

Azmedia.Az AZTV.AZ-a istinadən xəbər verir ki, QSC-də baş prodüser vəzifəsində çalışan Hikmət Yaqubov tutduğu vəzifədən azad edilib. O, "Mədəniyyət" kanalında direktor müavini postuna təyin edilib.

 

Baş prodüser vəzifəsi TV-nin Bədii rəhbərinin müavini Nazilə Babayevaya, baş rejissor vəzifəsi isə Əməkdar incəsənət xadimi Ülviyyə Kərimovaya həvalə edilib.

 

Daha bir kadr təyinatı isə "İdman" kanalında olub. Belə ki, tanınmış jurnalist Rövşən Binnətli sözügedən kanalın direktor müavini təyin olunub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!