Azyaşlının atası: “Uşaq masaj zamanı şoka düşüb öldü“

ÖLKƏ

09 Sentyabr 2024 14:23

Oxunma sayi: 184
Azyaşlının atası:  “Uşaq masaj zamanı şoka düşüb öldü“

Bu gün Biləsuvar rayonunda masaj edilərkən ölən iki yaşlı Nəzrinin atası danışıb.

Azmedia.Az-ın xəbərinə görə, uşağın atası Emin Qubadlı bildirib ki, uşaq axsadığına görə sınıq və ya çıxığın olduğunu düşünüb xəstəxanaya aparıblar.

"Rentgen müayinəsindən sonra bildirildi ki, belə bir problem yoxdur, damar dolaşması uşaqda narahatlıq yaradıb. Bundan sonra masaja görə Nərgiz İmanovanın yanına apardım və o, uşağı sağaldacağını boynuna götürdü. İkinci gün masaj zamanı uşaq ağrıdan şok keçirərək öldü".

10:20

İki yaşlı uşaq masaj edilərkən ölüb.

Azmedia.Az-ın məlumatına görə, hadisə sentyabrın 7-də Biləsuvar rayonunda baş verib.

Masajçı (sınıqçı) N.İmanova 2022-ci il təvəllüdlü körpənin sümüklərini masaj edərkən azyaşlı ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!