Bakı gecələrində küçələri yarış meydanı ilə səhv salan lüks avtomobillərin GÖRÜNTÜLƏRİ - VİDEO

ÖLKƏ

01 May 2024 09:00

Oxunma sayi: 548
Bakı gecələrində küçələri yarış meydanı ilə səhv salan lüks avtomobillərin  GÖRÜNTÜLƏRİ - VİDEO

Paytaxt küçələrini yarış meydanı ilə səhv salan lüks avtomobillərin yeni görüntüləri yayılıb.

Azmedia.Az  xəbər verir ki, ötən gecə paytaxtın Nəsimi rayonu Rəşid Behbudov küçəsində bir neçə lüks avtomobilin sahibləri bir-birləri ilə sürət yarışına çıxıblar.

Nəticədə avtomobillər idarəetməni itirərək yol kənarında dayanan maşınlara və piyada səkisinə çırpılıblar. Zəncirvari qəza zamanı bir nəfər xəsarət alıb.

Hazırda faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Sözügedən lüks avtomobillərin qəzadan sonrakı görüntülərini təqdim edirik:

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!