Bakı metrosunun əməkdaşlarının maaşları artırıldı FOTO

İQTİSADİYYAT

10 İyun 2023 08:28

Oxunma sayi: 1986
Bakı metrosunun əməkdaşlarının maaşları artırıldı   FOTO

“Bakı Metropoliteni” QSC-nin işçilərinin maaşları artırılıb.

Artım qurumun Müşahidə Şurasının sədri, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin imzaladığı protokola və səhmdar cəmiyyətinin sədri Zaur Hüseynovun imzaladığı qərara əsasən baş tutub.

Qərar metroda çalışan 5 000-ə yaxın əməkdaşın hamısının maaşı 15% artırılıb.

“Trend”in əldə etdiyi fotodan da göründüyü kimi, qərar mayda imzalansa da, artımlar bu ilin əvvəlindən nəzərə alınıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!