Bakıda 113 min manatlıq dələduzluq

ÖLKƏ

09 Sentyabr 2024 13:40

Oxunma sayi: 287
Bakıda 113 min manatlıq dələduzluq

Bakıda külli miqdarda dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Azmedia.Az DİN-ə istinadla xəbər verir ki, müxtəlif vaxtlarda 5 nəfərin 80.000, 20.000, 8000, 2000 və 3500 manat olmaqla ümumən 113.500 manat pullarının aldadılaraq alınması, bir nəfərin isə onu aldadan şəxsin hesabına 2000 manat ödətdirməsi barədə polisə məlumatlar daxil olub.

Paytaxtın Xəzər, Nəsimi, Nizami və Yasamal rayonlarında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməllərini törətməkdə şübhəli bilinən S.Şirinov, A.Zeynalov, C.Hacıyev və S.Mənsimov müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırma aparılır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!