Bakıda 64 yaşlı kişi “moyka“da can verdi

SAĞLAMLIQ

03 Sentyabr 2019 14:47

Oxunma sayi: 333
Bakıda 64 yaşlı kişi “moyka“da can verdi
Xətai rayonunda yerləşən avtoyuma məntəqəsində ölüm hadisəsi baş verib.   Azmedia.az unikal.org-a istinadən xəbər verir ki, NZS qəsəbəsi, Yavər İsgəndərov küçəsi 9 ünvanında avtomobil yuma boksunu icarəyə götürüb işlədən 1955-ci il təvəllüdlü Xudiyev Əhməd Mamed oğlu idarə etdiyi "Mercedes E-class" markalı maşınını yumaq üçün içəri salıb. O, avtomobilindən düşəndən sonra huşunu itirərək yerə yıxılıb. Ə.Xudiyev yaxınlıqda yerləşən özəl klinikalardan birinə aparılsa da, onun dünyasını dəyişdiyi məlum olub.   Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!