Bakıda ambulans piyadanı vurub öldürdü

ÖLKƏ

04 Sentyabr 2024 14:35

Oxunma sayi: 383
Bakıda ambulans piyadanı vurub öldürdü

Bakıda təcili yardım avtomobili piyadanı vuraraq öldürüb. 

Azmedia.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə avqustun 29-u saat 12:30-da baş verib. 

Təcili tibbi yardım stansiyasının sürücüsü Sultan Sultanov yol vərəqəsi əsasında idarə etdiyi həmin stansiyaya məxsus IVECO markalı avtomobillə Maştağa-Zabrat şosesi ilə hərəkətdə olarkən yolu sağdan sola keçən piyada, 1950-ci il təvəllüdlü Şahverdi Ağaverdi oğlu Məlikovu ehtiyatsızlıqdan vurub. Nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!