Bakıda avtomobil yolunda gəzən kişi qəza şəraiti yaratdı - VİDEO

ÖLKƏ

29 Fevral 2024 19:23

Oxunma sayi: 160
Bakıda avtomobil yolunda gəzən kişi qəza şəraiti yaratdı -  VİDEO

Bakıda kişi avtomobil yolunun ortası ilə gəzərək nəqliyyatın hərəkətinə çətinlik yaradıb.

Azmedia.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkələrdə paylaşılıb. 

İlkin ehtimallara görə, həmin şəxsin psixi sağlamlıq durumu yerində deyil. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı oxu.az-a açıqlamasında bildirib ki, yayılan videogörüntülərdən məlumatlıdırlar:

“Məlum görüntülər aidiyyəti üzrə tərəfimizdən araşdırılır”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!