Bakının Pirallahı rayonunda doqquz yaşlı uşağın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Azmedia.Az xəbər verir ki, "report"un məlumatına görə, Qala qəsəbəsində avtomobil yolu keçən 2015-ci il təvəllüdlü azyaşlı qızı vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.