Bakıda bacısı həbsdəki qardaşına narkotik gətirdi, araşdırma başlanıldı

ÖLKƏ

26 Aprel 2024 20:55

Oxunma sayi: 250
Bakıda bacısı həbsdəki qardaşına narkotik gətirdi, araşdırma başlanıldı

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 1 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Penitensiar xidmətdən verilən məlumata görə, məhkum Namiq Sədrəddin oğlu Cavadova bacısı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman oradakı antiperspirant qabının içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə 1,738 qram heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!