Bakıda DƏHŞƏT: Güclü yanğın BAŞ VERDİ - Ölən var

ÖLKƏ

06 Aprel 2024 10:48

Oxunma sayi: 442
Bakıda DƏHŞƏT: Güclü yanğın BAŞ VERDİ  - Ölən var

Bakı şəhərinin Nizami rayonunda köşk yanıb.

Azmedia.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 4 m² olan köşkün yanar konstruksiyaları yanıb.

"Yanğının kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır", - deyə qeyd olunub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!