Bakıda dördaylıq körpənin pəncərədən düşərək ölməsi ilə bağlı TƏFƏRRÜAT - YENİLƏNİB

ÖLKƏ

26 Aprel 2024 15:26

Oxunma sayi: 510
Bakıda dördaylıq körpənin pəncərədən düşərək ölməsi ilə bağlı  TƏFƏRRÜAT - YENİLƏNİB

Bakıda çoxmərtəbəli binadan düşərək ölən körpə bədbəxt hadisənin qurbanı olub.

Məlumata görə, dördaylıq körpə pəncərənin qarşısında nəzarətsiz şəkildə qaldığı üçün oradan yıxılıb.

Hadisənin üçüncü şəxs tərəfindən törədilməsi isə istintaq orqanlarının araşdırmasından sonra məlum olacaq.

***********

Bakının Sabunçu rayonunda bədbəxt hadisə baş verib.

Qeyd edək ki, hadisə “Ramana sovxozu” adlanan ərazidə qeydə alınıb.

Doqquzmərtəbəli binanın dördüncü mərtəbəsinin pəncərəsindən dördaylıq körpə Ayla Tural qızı Eyvazlı düşərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!