Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti AÇIQLANIB - FOTO

ÖLKƏ

08 May 2024 11:54

Oxunma sayi: 767
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti  AÇIQLANIB - FOTO

Ötən gün Bakıda, Səbail rayonu ərazisində yerləşən məşhur hotellərin birində dörd nəfər zəhərlənib. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Digər iki nəfər isə xəstəxanaya yerləşdirilib.

Kliniki Tibbi Mərkəzin Mətbuat Xidmətindən bildirilib ki, Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunan iki nəfər kişi cinsli şəxsin müalicələri reanimasiya şəraitində davam etdirilir. Onların vəziyyətləri ağır stabil qiymətləndirilir.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!