Bakıda internetdə kütləvi problem yaşanır? RƏSMİ CAVAB

İKT

19 Yanvar 2023 11:35

Oxunma sayi: 481
Bakıda internetdə kütləvi problem yaşanır?   RƏSMİ CAVAB

Bakıda müxtəlif rayonlarda yaşayan vətəndaşlar gündəlik istifadə etdikləri internetin sürətində və keyfiyyətində problem yaşadıqlarını bildirirlər.

Mövcud vəziyyətlə bağlı olaraq rəsmi quruma müraciət etdik və internetlə bağlı yaranan problemin səbəbini öyrənməyə çalışdıq. "Aztelekom" MMC-dən sorğumuza cavab olaraq bildirilirdi ki, hazırda sürətli internetin təmin edilməsi istiqamətində işlər davam etdirilir:

“Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC telekommunikasiya infrastrukturunun yenilənməsi və müasir beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində işləri həyata keçirir. Hazırda Bakı, Abşeron, Şəmkir, Cəlilabad, Tovuz, Qazax daxil olmaqla, 60 rayon və şəhərdə GPON və digər genişzolaqlı texnologiyalarla sürətli internetin təmin edilməsi davam etdirilir.

“Aztelekom” MMC-yə və “Bakı Telefon Rabitəsi” MMC-ə internetin sürətinin azalması ilə bağlı kütləvi müraciət daxil olmayıb. Əgər fərdi halda hər hansı nasazlıq baş verərsə, “Aztelekom” MMC abunəçilərindən 170, “Bakı Telefon Rabitəsi” MMC isə abunəçilərindən 155 Çağrı mərkəzinə müraciət etmələrini xahiş edirik. Hər bir müraciət ən qısa zamanda araşdırılacaq və yaranmış problem aradan qaldırılacaq.

Sürətə gəlincə, abunəçilərə təklif olunan bir neçə tarif paketində onlar özləri sürəti seçmə haqqına sahibdirlər". \BAKU.WS

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!