Bakıda oteldə vəzifəli şəxslər ZƏHƏRLƏNDİ - ÖLƏNLƏR VAR - FOTO

ÖLKƏ

07 May 2024 13:52

Oxunma sayi: 679
Bakıda oteldə vəzifəli şəxslər  ZƏHƏRLƏNDİ - ÖLƏNLƏR VAR - FOTO

Bakıda, Səbail rayonu ərazisində yerləşən məşhur otellərin birində dəhşətli hadisə baş verib.  

Oteldə əylənən 4 nəfər kişi zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Əvvəlcə onların qidadan zəhərləndiyi bildirilib. Amma həkimlər bu zəhərlənmədə şübhəli məqamların olduğu istisna etmir.

Hüquq-mühafizə orqanları tərəfindən təfərrüatı öyrənilən hadisənin imkan qədər gizli saxlanılmağına çalışılır.

Görünür, bu, vəfat edənlərdən birinin atasının yüksək vəzifədə olması ilə bağlıdır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!