Bakıda piyadanı avtomobil vurub

ÖLKƏ

20 Mart 2024 09:11

Oxunma sayi: 173
Bakıda piyadanı avtomobil vurub

Bakının Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb.

Belə ki, Lökbatan dairəsində yolu müəyyən edilməmiş hissəsindən keçən 1983-cü il təvəllüdlü Zaur Saday oğlu Hacıyevi avtomobil vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Fakt Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!