Bakıda qadın həkimin bıçaqlanması ilə bağlı bəzi TƏFƏRRÜAT AÇIQLANDI

ÖLKƏ

06 May 2024 18:00

Oxunma sayi: 295
Bakıda qadın həkimin bıçaqlanması ilə bağlı bəzi  TƏFƏRRÜAT AÇIQLANDI

Bakıda qadın həkimin bıçaqlanması ilə bağlı bəzi təfərrüat məlum olub.

Məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.

Yoldaşının başqası ilə danışdığından şübhə edən Fikrət Balabəyov həyat yoldaşı Arzu Balabəyovla mübahisə edib daha sonra ona çoxsaylı bıçaq xəsarətləri yetirib. Yaralı ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Fikrət Balabəyov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!