Nəsimi rayonu ərazisində yerləşən evlərin birindən oğurluq olub.
Azmedia.Az DİN-ə istinadla xəbər verir ki, polisə müraciət edən qadın evindən içərisində 6500 manat pul və sənədi olan çantasının oğurlandığını bildirib.
Bu əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş N.Bəkirov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.