Bakıda saçını kəsdirən kişi öldü - Bərbər məhkəməlik oldu

ÖLKƏ

08 May 2024 12:29

Oxunma sayi: 482
Bakıda saçını kəsdirən kişi öldü  - Bərbər məhkəməlik oldu

Bakıda 84 yaşlı kişi bərbərxanada saçını kəsdirərkən dünyasını dəyişib.

Azmedia.Az  xəbər verir ki, 1940-cı ildə Bakı şəhərində doğulmuş mərhum Arif Məmmədov Dağüstü qəbirstanlığında dəfn olunub.

Mərhumun ölümü evdə baş vermədiyindən müvafiq qurumlar tərəfindən ölümünün qeydə alınmasından imtina edilib və iş məhkəməyə göndərilib.

Məhkəmədə şahid qismində bərbərin izahatı alınıb. O, bildirib ki, bərbərdir, mərhum Arif Məmmədovla qonşu olub. Səhər saat 11.00 radələrində saçını kəsdiyi zaman Arif Məmmədov qəflətən vəfat edib.

Məhkəmənin qərarı ilə, Arif Məmmədovun Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilib. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!