Bakının bu rayonunda qaz KƏSİLƏCƏK

ÖLKƏ

01 Aprel 2024 10:35

Oxunma sayi: 1155
Bakının bu rayonunda  qaz KƏSİLƏCƏK

Bakının Suraxanı rayonunun Bülbülə qəsəbəsini təbii qazla təmin edən orta təzyiqli qaz kəmərində "Təmiz Qaz" QSC-nin aşkar etdiyi sızmaların ləğvi, eləcə də rayonun Əmircan qəsəbəsindəki Hasil Bayramov küçəsində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə bu gün qaz təchizatının dayandırılması planlaşdırılır.

AzmediA.az xəbər verir ki, Sfera.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, bu müddətdə Suraxanı rayonunun Atamoğlan Rzayev, Malik Mustafayev, Səttar Bəhlulzadə, Hasil Bayramov küçələrində qaz kəsiləcək.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!