Bakının mərkəzində mütəşəkkil dəstə adam oğurladı

ÖLKƏ

07 Oktyabr 2019 17:40

Oxunma sayi: 305
Bakının mərkəzində mütəşəkkil dəstə adam oğurladı

Bakıda naməlum şəxslər küçədə paytaxt sakinini oğurlayıb.

 

Azmedia.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib. Metronun "28 may" stansiyasının qarşısında 4 nəfərdən ibarət mütəşəkkil dəstə qabaqcadan əlbir olaraq Bakı şəhər sakini Baxşıyev Təbrik Ədalət oğlunu oğurlayaraq avtomobilə mindirib Abşeron rayonunun Xırdalan qəsəbəsinə aparıb.

 

Naməlum şəxslər yolda T. Baxşıyevə zorakılıq edərək işgəncə verib, üzərində olan 550 manatını alıblar. Dəstə üzvləri daha sonra onu naməlum istiqamətə aparıb orada avtomobildən düşürüblər.

 

Zərərçəkmişin müraciəti əsasında Abşeron rayon Polis İdarəsində cinayət işi başlanıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!