Bakının mərkəzində yenidən qurulan parklanmada tariflər müəyyənləşdi - FOTO

ÖLKƏ

26 Mart 2024 13:00

Oxunma sayi: 320
Bakının mərkəzində yenidən qurulan parklanmada tariflər müəyyənləşdi -  FOTO

Bakı Dəmir Yolu Vağzalının Süleyman Rəhimov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində yerləşən avtodayanacaq stansiyasında parklanma tarifləri müəyyənləşib.

Azmedia.Az xəbər verir ki, qiymətlər parklanma müddətinə əsasən müəyyən edilir.

Bildirilir ki, ilk 15 dəqiqə sürücülər üçün pulsuzdur.

Parklanma qiymətləri aşağıdakı kimidir :

15-30 dəqiqə - bir manat,

30-60 dəqiqə - iki manat,

1-2 saat - dörd manat,

2-3 saat - altı manat,

3-5 saat – 10 manat,

5-7 saat - 14 manat,

7-10 saat - 18 manat,

10-15 saat – 22 manat,

15-20 saat – 26 manat,

20-24 saat – 30 manat.

Hər növbəti sutka üçün isə 30 manat nəzərdə tutulur.

Qeyd edək ki, tariflər martın 27-dən tətbiq ediləcək.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!