“Bandotdel”dən SİLSİLƏ ƏMƏLİYYATLAR: 12 nəfər saxlanıldı - VİDEO

ÖLKƏ

28 Fevral 2024 17:45

Oxunma sayi: 593
“Bandotdel”dən SİLSİLƏ ƏMƏLİYYATLAR:  12 nəfər saxlanıldı - VİDEO

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel”) əməkdaşlarının son bir neçə gün ərazində paytaxt və bölgələrdə narkotiklərin satışı ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində həyata keçirdikləri silsilə tədbirlər zamanı 12 nəfər saxlanılıb.

Azmedia.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, onlardan ümumilikdə 46 kiloqram heroin, marixuana, metamfetamin, eləcə də digər növdən olan narkotik maddələr və 80 ədəd psixotrop tərkibli metadon həbi aşkar edilib.

Saxlanılan şəxslərdən 1997-ci il təvəllüdlü Əlövsət Əlif oğlu Həsənov, 1984-cü il təvəllüdlü Əhməd Sabir oğlu Babayev və 1985-ci il təvəllüdlü Elşad İbrahim oğlu Hacıyev ölkəyə qanunsuz yollarla göndərilən narkotiklərin Azərbaycandakı əsas tədarükçülərindən olublar.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılanların hər biri barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!