“Bank of Baku”nun vəzifəli şəxsi cərimələndi

ÖLKƏ

09 Sentyabr 2024 13:13

Oxunma sayi: 377
“Bank of Baku”nun vəzifəli şəxsi cərimələndi

Mərkəzi Bank “Bank of Baku”nun vəzifəli şəxsini cərimə edib.

Azmedia.Az bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 35.4-cü maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması faktı qeydə alınıb. 

 İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq “Bank of Baku” ASC-nin vəzifəli şəxsi 1 500 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, sözügedən pozuntu halı məlumatların həmin qanunlarda müəyyən olunmuş qaydada təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsi ilə bağlıdır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!