Baş bankirdən manatla bağlı VACİB AÇIQLAMA

İQTİSADİYYAT

25 Oktyabr 2019 11:26

Oxunma sayi: 507
Baş bankirdən manatla bağlı     VACİB AÇIQLAMA

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 8%-dən 7,75%-ə endirilməsi haqqında qərar qəbul edib.
 

Azmedia.az “Report”a istinadla xəbər verir ki, bu barədə keçirdiyi mətbuat konfransında qurumun sədri Elman Rüstəmov məlumat verib.
 

Onun sözlərinə görə, faiz dəhlizinin aşağı həddi 6%, yuxarı həddi isə 9,5% (uçot dərəcəsinə ±1,75%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib.
 

Bu qərar bu gündən qüvvəyə minir. AMB-nin rəhbərliyi faiz dəhlizinin paramentlərinə növbəti dəfə dekabrın 13-də baxacaq.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!