Bayden bütün dünyanı təhdid etdi: Sonra yolunu azdı VİDEO

İQTİSADİYYAT

11 May 2023 19:09

Oxunma sayi: 824
Bayden bütün dünyanı təhdid etdi:  Sonra yolunu azdı   VİDEO

“Bizdə defolt olsa, bütün dünyanın başı dərdə girəcək”.

Bu sözləri ABŞ Prezidenti Co Bayden Nyu-Yorkda qatıldığı bir proqramda çıxışında deyib.

Bayden bütün dünyanı təhdid edib və defolt olacağı, öhdəliklərini yerinə yetirə bilməyəcəkləri təqdirdə dünyanın da problemlərlə üzləşəcəyini qeyd edib.

Amerika lideri bu çıxışından sonra səhnəni tərk etmək istəyib, lakin yolunu azıb və hansı istiqamətə gedəcəyini bilməyib. Baydenə köməkçilərdən biri doğru çıxışı göstərib.

Bu videogörüntülər “PBS NewsHour” “YouTube” kanalı tərəfindən yayımlanıb. Videoda Ağ Ev sahibinin tamaşaçılarla necə vidalaşdığı, arxaya döndüyü, lakin çıxış yolu tapa bilmədiyi əks olunub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!