Bazarda qızılın bahalaşması alıcılıq qabiliyyətinə necə təsir edib? VİDEO

İQTİSADİYYAT

16 May 2023 12:25

Oxunma sayi: 2372
Bazarda qızılın bahalaşması alıcılıq qabiliyyətinə necə təsir edib?   VİDEO

Bakının qızıl bazarında bahalaşma müşahidə edilir. 

Məlumata görə, mövcud vəziyyət bazarda alıcılıq qabiliyyətinin də enməsinə səbəb olub.  

Satıcılar da təsdiq edirlər ki, son vaxtlar Türkiyə qızılının qiymətində kəskin artım müşahidə olunur.

Bu da bazarda alıcılıq qabiliyyətinin düşməsinə və durğunluğa səbəb olub.

Amma bazarda təkcə Türkiyə qızılının qiyməti deyil, eləcə də İtaliya istehsallı məhsulların da qiymətində ciddi dəyişiklik hiss olunur.

Ekspertlərin fikrincə, maliyyə bazarında qeyri-müəyyən vəziyyət olduğu üçün qızıl qiymətləri yüksəlir. Mütəxəssislər hesab edirlər ki, buna görə də investorlar konkret qərar qəbul etməkdə çətinliklə üzləşirlər.

Daha ətraflı süjetdə:

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!