Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpılıb - FOTO

ÖLKƏ

26 Aprel 2024 17:05

Oxunma sayi: 249
Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpılıb  - FOTO

Paytaxtın Səbail rayonu, Bibiheybət məscidinin qarşısında minik avtomobili dəmir arakəsməyə çırpılıb. 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, baş verən yol-nəqliyyat hadisəsi səbəbindən şəhər istiqamətində sıxlıq yaranıb.

Hazırda sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!