Biləsuvarda şəhidin məzarüstü abidəsi yenilənib

ÖLKƏ

02 May 2024 09:53

Oxunma sayi: 54
Biləsuvarda şəhidin məzarüstü abidəsi yenilənib

Biləsuvarda şəhidin məzarüstü abidəsi yenilənib.

Biləsuvar rayonunun Nərimankənd kəndində Birinci Qarabağ müharibəsi şəhidi Şirin Heydərovun xatirəsi yad edilib.

Azmedia.az-ın məlumatına görə, mərasimdə qəhrəman şəhidimizin şərəfli döyüş yolundan danışılaraq qeyd olunub ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi hər zaman əziz tutulacaqdır.

Həmçinin şəhidin məzarüstü abidəsi yenidən hazırlanıb.

Qeyd edək ki, Şirin Heydərov 1993-cü ilin avqust ayında Füzuli rayonunun Qaraməmmədli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və  Nərimankənd kəndinin ilk şəhidi olaraq dəfn olunub.

Tural Ədalətoğlu

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!