Birinci Qarabağ müharibəsi şəhidi ilə vida mərasimi keçirilib - YENİLƏNİB + FOTO/VİDEO

ÖLKƏ

07 May 2024 13:40

Oxunma sayi: 525
Birinci Qarabağ müharibəsi şəhidi ilə vida mərasimi keçirilib  - YENİLƏNİB + FOTO/VİDEO

Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhid Gülalı Məhəmməd oğlu Dadaşov ilə vida mərasimi başa çatıb.

Azmedia.Az xəbər verir ki, şəhid dəfn olunmaq üçün Nizami rayonu Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanına aparılıb.

12:19

Birinci Qarabağ müharibəsində itkin düşmüş sayılan və şəxsiyyəti müəyyənləşdirilən şəhid Gülalı Məhəmməd oğlu Dadaşov ilə vida mərasimi keçirilir.

Azmedia.Az xəbər verir ki, vida mərasimində şəhidin ailə üzvləri, yaxınları iştirak edirlər.

Vida mərasimindən sonra şəhid Nizami rayonu Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Gülalı Dadaşov 1994-cü ildə Xaçmaz rayonun Sibiroba kəndindən Qarabağda gedən döyüşlərdə iştirak etmək üçün yollanıb. O, Füzuli rayonun Əbürrəhmanlı kəndində itkin düşüb. Onun nəşinin Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən “Peyğəmbərlik” qəbiristanlığında naməlum şəhid kimi dəfn edildiyi məlum olub.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!